Göyçayda 30 min manatlıq bayram bəzək-düzəyi
Dekabr 08
10:16
2022
Göyçay Rayon İcra Hakimiyyəti "İnterkabel” Firması ilə satınalma müqaviləsi imzalayıb.
"Qaynarinfo” xəbər verir ki, maliyyə dəyəri 29 535.4 AZN təşkil edən müqavilədə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə Göyçay şəhərinin bəzədilməsi işlərinin satın alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "İnterkabel” Firması 16 sentyabr 1997-ci ildə qeydiyyata alınıb.
Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 5a-da yerləşir.
MMC-nin qanuni təmsilçisi Molanov Yasin Xanoğlan oğludur.
Açıq mənbələrdə Yasin Molanov haqqında hər hansı məlumat yoxdur.
Araşdırmalarımız zamanı məlum olub ki, "İnterkabel” Firması şübhəli tenderlərdə iştirak edib. Məsələn, bu ilin iyul ayında Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən "Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi işıqlandırma üçün lazımı mal-materialların satınalınması ilə bağlı "İnterkabel” firması ilə müqavilə bağlayıb.
Müqavilənin maliyyə dəyəri 800 min manat təşkil edib. Bu müqavilə imzalananda "İnterkabel” firmasının nə az, nə çox 15 000 manat vergi borcu olub.

"Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna etsə də, hansısa səbəbdən bu maddə "İnterkabel” Firması üçün keçərli olmayıb.
Qlobal.az