“Göydələn”lərlə bağlı yenilik: Binaların “açarı” MTK-lardan alınır
İyul 31
10:32
2017
Mənzil təsərrüfatı sahəsində binaların idarə olunması ilə bağlı bir sıra problemlər var. Bir çox binaya ümumiyyətlə, nəzarət yoxdur, bəzilərində isə sakinlərdən aylıq ödənişlər yığılsa da problemlərə diqqət ayrılmır.
Cebhe.info xəbər verir ki, problemlərin həlli üçün binaların idarəetməsi Mənzil Tikinti Korperativlərindən alınaraq sakinlərin müraciəti əsasında formalaşdırılan Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinə (MMMC) həvalə edib.
Cebhe.info xəbər verir ki, problemlərin həlli üçün binaların idarəetməsi Mənzil Tikinti Korperativlərindən alınaraq sakinlərin müraciəti əsasında formalaşdırılan Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinə (MMMC) həvalə edib.
Qeyd edək ki, Mənzil Məcəlləsindəki son dəyişikliklərdə çoxmənzilli binanın ümumi əmlakının mülkiyyətçilərə, yəni sakinlərə məxsus olması, istismarı və saxlanmasının onlar tərəfindən həyata keçirilməsi nəzərdə tutulub. Qanunvericiliyə görə, yaşayış binasında birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər ümumi əmlak hesab olunur və ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının mülkiyyətçilərinə məxsusdur. Yeni idarəçilik formasına əsasən, binanın idarə edilməsi üsulunun və idarəedicinin seçilməsi, xidmətlərin nədən ibarət olması, eləcə də yaşayış sahəsinə görə haqqın miqdarı və bu kimi məsələlər mülkiyyətçilər tərəfindən müəyyən edilir. Yəni, bu o deməkdir ki, bundan sonra hansısa şirkət bina tiksə, həmin bina istifadəyə verildikdən sonra onun idarəetməsinə cavabdeh olmayacaq. Bina sakinlərinin ümumi razılığı əsasında Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti yaradılacaq və idarəetmə də ona tapşırılacaq.
İqtisadiyyat Nazirliyi verilən məlumata görə, Bakı şəhərinin və Abşeron rayonunun ayrı-ayrı ünvanlarında yerləşən çoxmənzilli binalarda yaradılan MMMC-lərin artır. Artıq 53 MMMC Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Məsələ burasındadır ki, bir çoxları bu dəyişikliyin mahiyyətcə heç nəyə təsir etməyəcəyini hesab edir. Belə ki, MTK-ların sakinlərlə işbirliyi edərək MMMC formalaşdırması və faktiki olaraq idarəetməni yenidən öz əlinə alması ehtimalları mövcuddur. Bu baxımdan binaların idarəetməsində ciddi fərq gözləməyə dəyməyəcək.
Daşınmaz əmlak məsələləri üzrə hüquqşünas Nüsrət İbrahimov məsələ bağlı bildirib ki, bina sakinləri MMMC formalaşdırmaqda maraqlı olmalıdırlar: "Əgər onlar buna maraq göstərməzlərsə idarəetməni hər kəs götürə bilər. Onlar öz aralarında razılığa gələrək işi məsləhət bildikləri MMMC-yə həvalə edərlərsə, o zaman problemlər də az olar. Əks halda mahiyyətcə heç bir dəyişiklik olmaz”. Hüquqşünas binaların idarəedilməsində yerli bələdiyyə orqanlarının önə çıxarılmasının daha faydalı ola biləcəyini də sözlərinə əlavə edib: "Bu, bələdiyyələrin maliyyələşməsinə müsbət təsir göstərər və dövlət tərəfindən ayrılan vəsaitin da azaldılmasına səbəb olar. Bununla da bələdiyyələrin də səlahiyyəti artmış olar”.