Göyərtəsində azərbaycanlıların da olduğu "Vostok" gəmisinin axtarışları nəticə vermir
Yanvar 29
08:51
2018
Yapon dənizində itən "Vostok" balıqçı gəmisinin axtarışları zamanı 40 min kv. metr su hövzəsi müayinə edilib, lakin trauler və heyət üzvləri ilə bağlı bir iz tapmaq mümkün olmayıb.
"Report” xəbər verir ki, bu barədə Rusiyanın Dəniz və Çay Nəqliyyatı Federal Agentliyi məlumat yayıb.
"Yapon dənizində axtarışların başlamasından 4 sutka ötür – insanlar hələ də tapılmayıb. Gəminin son həyəcan siqnalının qeydə alındığı Qamova burnundan 100 mil cənub-şərqdə aparılan axtarış zonasında gəmi qruplarının tərkibi qismən dəyişib", - deyə məlumatda bildirilir.
Balıqçı gəmisində 20 heyət üzvü, eləcə də iki Azərbaycan vətəndaşı olub.