Haaqa Tribunalı “Rusiyanın Ukraynadakı hərbi cinayətləri” ilə bağlı araşdırmaya başladı
Mart 03
12:58
2022
Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində hərbi və insanlığa qarşı cinayətlərlə bağlı araşdırmalara başlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xanın bəyanatında deyilir.
O, Ukraynadakı vəziyyətlə bağlı 39 ölkədən müraciət aldığını, bunun 21 noyabr 2013-cü il tarixindən Ukraynadakı vəziyyətlə bağlı təhqiqata başlanılmasına imkan verdiyini və beləliklə, bunun Ukraynanın hər hansı şəxs tərəfindən və ya hər hansı bir yerində törədilmiş hərbi, insanlıq əleyhinə cinayətlərlə bağlı keçmiş və ya cari soyqırım iddialarını əhatə etdiyini bildirib.
"Mən BCM rəhbərliyini vəziyyətlə bağlı dərhal aktiv araşdırmaya başlamaq qərarı barədə məlumat verdim. Sübut toplamaq üçün işimiz başlayıb", - Xan deyib.
O xatırladıb ki, fevralın 28-də verdiyi bəyanatda deyildiyi kimi, Ukraynadakı vəziyyətin ilkin təhlili göstərib ki, BCM-nin yurisdiksiyasında olan cinayətlər Ukraynada törədilə bilərdi.
Xan obyektiv və müstəqil araşdırma aparacağına söz verib.