Hacı Cavad məscidinin tikintisi davam edir
İyul 03
11:04
2017
Bakının Yasamal rayonunda yeni ünvanda - Abbas Mirzə Şərifzadə küçəsi və Mətbuat prospektinin kəsişməsində Hacı Cavad məscidinin tikintisi davam etdirilir.
Xatırladaq ki, bu məscid eyni rayonda fəaliyyət göstərən eyni adlı məscidin icması üçün nəzərdə tutulub. Həmin məscid artıq öz ömrünü başa vurmuş köhnə tikiliydi, tarixi-memarlıq abidəsi baxımından əhəmiyyəti yox idi, onsuz da zamanın gərdişinə tab etməyərək uçulub-töüklməkdəydi.
Onun əvəzinə tikilən bu məscid isə, şəkillərdən göründüyü kimi, həm müasir tələblərə cavab verir, həm də dindarların rahat ibadət etməsi üçün hər şəraitə malikdir.
Bu baxımdan bu tikili bəzi xarici dairələrin hər bu kimi tikinti-söküntü işlərindən Azərbaycan dövlətinə qarşıi stifadə etməsinə, dini icmaları qızışdırmağa təhrik etməsinə layiqli cavabdır. Ortaya məntiqli bir sual çıxır: necə olur ki, köhəlmiş, ömrünü başa vurmuş, ölçüsünə görəkiçik bir məscid söküləndə, bu, dindarların haqlarının pozulması kimi qələmə verilir, ancaq həmin məscidin əvəzinə daha müasir, daha geniş,daha komfortlu bina inşa ediləndə, bu, görməzliyə vurulur?
(Musavat.com)