SON XƏBƏR

Hacı İbrahim pul axtarışında

Mart 01
19:18 2016
"Avesta Konserni”nin prezidenti, iş adamı Hacı İbrahim Nehrəmlinin "Xəzər adaları” layihəsi ətrafında yaranan söz-söhbət səngimək bilmir. Hazırda layihənin tamamilə dayandırıldığı və ərazinin satışa çıxarıldığı bildirilir.
 
İbrahim Nehrəmli Modern.az saytına bu məlumatların yalan olduğunu deyərək gülüb: "Bunların hamısı tamamilə yalandır. Dənizdə şəhər layihəsi mənimdir və tikmək üçün nəzərdə tutulub. Kimsə onu məndən alıb başqasına sata bilməz. Tamamilə absurddur”.
 
İş adamı bildirib ki, layihənin gerçəkləşdirilməsi üçün investorlarla danışıqlar gedir: "Hazırda danışıqlar gedir. Bu, çox böyük layihədir. Buna ya Azərbaycan hökuməti kömək etməlidir, ya da investorlar. Ümid edirəm ki, çabalarımız boşa çıxmayacaq. Allahın köməyi ilə bu layihəni gerçəkləşdirəcəyik”.
 
Devalvasiya məsələsinə gəldikdə, İ.Nehrəmli ölkənin hər bir vətəndaşı kimi problemlərlə qarşılaşdığını deyib: "Biz də bu ölkədə yaşayırıq. Ölkənin hər yerində ixtisarlar gedir, banklar kredit vermir. Kommersiya banklarının kredit verməməsi isə istər fərdi şəxslərə, istərsə də biznes fəaliyyəti ilə məşğul olan sahibkarlara maneədir. Təəssüf ki, hamı kimi bizə də çətindir”.
 
"Xəzər Adaları” Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edən süni arxipelaq şəhəridir. Tikinti işlərinə 2011-ci ilin mart ayında başlanılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook