SON XƏBƏR

Hacı İbrahim “Xəzər adaları”nda satışa çıxardığı texnikadan danışdı

May 12
07:15 2016
"Bu yaxınlarda Çin şirkətləri ilə yeni müqavilə imzalamışam, bu ölkədən 50 yeni texnika sifariş vermişəm”

"Xəzər adaları” layihəsinin tikintisi üçün alınan texnikalar satışa çıxarılıb. Layihədə istifadə olunan ağır texniki vasitələrin artıq bir hissəsi satılıb. Yayılan məlumata görə, layihənin müəllifi Hacı İbrahim maliyyə böhranından sonra çətinliklə üzləşməsi səbəbindən belə addım atmaq məcburiyyətində qalıb.  Yada salaq ki, Hacı İbrahim Nehrəmli Xəzər dənizində "Xəzər adaları” adlı ada-şəhərin inşasına 2010-cu ildə başlayıb. İlk gündən ümumi dəyəri 100 milyard dollar olan layihənin perspektivinin olmadığı haqda fikirlər səsləndirilib. 

Hacı İbrahim isə şəhərin tikintisinin ilk mərhələsinin 2016-cı ildə yekunlaşacağını açıqlamaqla ümumi tikinti işlərinin 2022-ci ildə yekunlaşacağını bəyan edirdi. Ada-şəhərdə azı 1 milyon nəfərin yaşayacağını da tez-tez təkrar etməyi xoşlayırdı. 5 il əvvəl ərazidə başlanmış tikintiyə hazırlıq işləri artıq dayandırılıb və Hacı İbrahim Nehrəmli tikinti üçün alınan, köhnələrək metal yığınına çevrilmək üzrə olan texnikaları satır. Hacı İbrahim ölkə.az-a açıqlamasında deyib ki, o yalnız köhnə və istifadə müddəti başa çatmış texnikaları satışa çıxarıb:

"Əgər kim deyirsə ki, Hacı İbrahim bankrot olub, bütün texnikaları satışa çıxarır və sairə, o yanılır. Mən yeni texnikaları satışa çıxarmamışam. Yalnız köhnə və yararsız vəziyyətə düşmüş texnikalar satışa çıxarılıb. Bu yaxınlarda Çin şirkətləri ilə yeni müqavilə imzalamışam, bu ölkədən 50 yeni texnika sifariş vermişəm. Satışa çıxarılan köhnə texnikaları həmin 50 yeni texnika əvəz edəcək. Yeni sifariş olunan texnikalar müasir və son modeldir. Bütün bunlar ”Xəzər adaları" layihəsində işlərin intensiv görülməsindən xəbər verir. Allahın köməyi ilə layihə üzrə nəzərdə tutulan bütün işləri başa çatdıracağıq".

İş adamı "Xəzər adaları” layihəsi üzrə də işlərin davam etdirildiyini bildirib.(Musavat.com)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook