“Hacı Mazan”ın işdən çıxarılan oğlunun 300 minlik maşınları (FOTO)
Dekabr 18
09:59
2018
Ramazan Zeynalov: "İşdən çıxarılıb, amma cinayət işi...”
Son zamanlar adı ən müxtəlif qalmaqallarda hallanan Hacı Ramazan Zeynalovun oğlu işdən çıxarılıb. İctimaiyyət arasında "Hacı Mazan” kimi tanınan Ramazan Zeynalovun oğlu Bayram Zeynalov Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsini tuturdu. Belə xəbərlər var ki, Bayram Zeynalovla bağlı qərarın verilməsi onun vəzifə səlahiyyətlərini aşması ilə əlaqədar olub. DİN-ə onun fəaliyyəti ilə bağlı çoxsaylı şikayətlər göndərilib və nəticədə belə bir qərar verilib.
"Hacı Mazan” oğlu Bayram Zeynalovun Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsindən azad edildiyini təsdiqləyib. Ramazan Zeynalov bakupost.az-a açıqlamasında daxili işlər naziri Ramil Usubovun əmri ilə oğlunun işdən azad edilməsində qəribə heç nə olmadığını bildirib.
İş adamı vəzifəsindən azad edilən B. Zeynalov barədə cinayət işi açıldığı barədə xəbərləri isə təkzib edib: "Elə bir şey yoxdur. Cinayət işi açılsa da, bunu cənab nazir, dövlət bilər”. Hazırda şəkər xəstəliyindən müalicə olunduğunu söyləyən Hacı Mazan mətbuatla təmasdan uzaq durmağa çalışdığını da vurğulayıb.
Qeyd edək ki, Ramazan Zeynalov, onun oğlu və yaxınları 444 seriyalı dövlət nişanlı nəqliyyat vasitələrini idarə etməklə də ad çıxarıblar. Bayram Zeynalov işdən çıxarılandan və barəsində təhqiqat işinin aparılması xəbərləri yayılandan sonra sosial şəbəkələrdə ona məxsus olduğu bildirilən 2 avtomobilin - "Mercedes Galenvagen” və "Porsche Panamera”nın fotoları yayılıb. Həmin nəqliyyat vasitələrinin də fotolarını yaymaqla hər birinin qiymətinin 150 min manatı aşdığını da diqqətə çatdırırıq.

Hazırda "Hacı Mazan” barəsində də cinayət işi var. O, "Xəzər” televiziyasının əməkdaşlarına qarşı zorakılıq edib, onlara xəsarət yetirib. Bununla bağlı araşdırma aparılır.
Qlobal.az