Hacı Nuranın qucağındakı uşaq 10 milyonuncu sakin deyilmiş
Aprel 08
14:17
2019
"Hacı Nuran Respublika Perinatal Mərkəzində olmayıb və onun şəklini paylaşdığı uşaq 10 milyonuncu vətəndaş deyil”.
Qlobal.az xəbər verir ki, bunu Azvision.az -a açıqlamasında Mərkəzin direktoru Sevinc Məmmədova deyib. O, bildirib ki, bu günə kimi ana və uşağın yanına heç kim buraxılmayıb:
"Mən heç kimi içəri buraxmamışam. Kimsə haradasa şəkil çəkdirib, sosial şəbəkələrdə yayıb. Onu öz adından verməsin, çünki bizdə o şəkil çəkilməyib və Hacı Nuranın qucağındakı uşaq həmin körpə deyil”.

Qeyd edək ki, Azərbaycanın 10 milyonuncu sakini Respublika Perinatal Mərkəzində dünyaya gəlib. Ötən gün tanınmış aparıcı Hacı Nuran sosial şəbəkə hesabında qucağında uşaqla foto paylaşıb. Bir çox saytlar həmin körpənin 10 milyonuncu vətəndaş olduğunu zənn edərək xəbərlər yayıblar.