SON XƏBƏR

Hadrutdakı alban kilsəsi də erməni vandalizminə məruz qalıb (FOTO)

Oktyabr 15
16:48 2020
İşğalçı Ermənistan Hadrut qəsəbəsinin Tuğ kəndində yerləşən, 13-cü əsrdə inşa olunmuş Qafqaz Albaniyasına aid Qtiçavank monastrında da vandalizm törədib. Bu fakt ermənilərin müqəddəs məbədlərə münasibətinin və fərqli mədəniyyətlərə dözümsüzlüyünü göstərir.

Qlobal.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova sözügedən monastrın Hadrutun işğaldan azad olunmasından sonra çəkilən şəkilini öz feysbuk səhifəsində paylaşıb. Fotoşəkildə qədim kilsənin divarları üzərində törədilmiş vandalizmin şahidi olmaq mümkündür.

"Tuğ kəndindəki Qtiçavank monastırında törədilən vandalizm aktı açıq-aydın sübut edir ki, ermənilərin 1828-ci ildə İranın Marağa şəhərindən köçürülməsinin şərəfinə ucaldılan Marağa abidəsindən başqa Qarabağda heç bir mirası yoxdur”,- deyə G. Gözəlova qeyd edib.
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook