Hafiz Hacıyev: “İcra başçısı Nazpəriyə görə mənə zəng vurub dedi ki…”
Fevral 15
17:07
2016
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev gündəm yaradacaq fikirlər səsləndirib.
O, bu dəfə xalq artisti Nazpəri Dostəliyeva barədə şok açıqlamalarla yadda qalıb.
Partiya sədri Ölkə.Az-ın əməkdaşı ilə söhbətində bildirib ki, bir müddət öncə xalq artistini tənqid etdiyinə görə icra başçılarından biri ona zəng vurub xəbərdarlıq edib:
"Bir dəfə əkiz bacılara görə mənə zəng gəlmişdi. Bu yaxınlarda da Nazpəriyə görə xəbərdarlıq olundu. Nazpəri İsa Qəmbərin oğlunun toyunda dövlətçilik əleyhinə fikirlər səsləndirmişdi. Guya İsa Qəmbər artıq prezidentdir. Sonra da badə qaldırmışdı. Həmin toyun kasetini mənə verdilər, baxdım. Nazpəri Dostəliyevanı həmin məsələyə görə sərt tənqid etdim və bir icra başçısından mənə zəng gəldi. Dedi ki, sən bu işlərə girişmə”.
Məsələ ilə bağlı Nazpəri Dostəliyevanın da mövqeyini öyrənməyə çalışacağıq.