SON XƏBƏR

Hafiz Hacıyevdən nazirə sərt ittiham: "Azərbaycanda pozuculuq fəaliyyəti ilə məşğuldur"

Noyabr 06
17:06 2023
"Kənd təsərrüfatı naziri Məcnun Məmmədov orda-burda deyir ki, Hafiz Hacıyevi tanımıram. Bu adam Azərbaycanda pozuculuq fəaliyyəti ilə məşğuldur. Müsbət Dəyişiklik Gənclər Hərəkatının təsisçisi, "Qərbli” kampaniyasının rəhbəri Rəhimli Nərmin Əşrəf qızını gətirib özünə köməkçi qoyur. Bu xanımın Bakıda 8 ən bahalı maşını, şəhərin mərkəzində 5 evi var. Hörmətli Məcnun müəllim, sən mənim oğlum yerindəsən, xeyir ola, Rəhimli Nərmini Göygölə göndərirsən? Nərmin Göygöldə nə gəzirdi? Camaatdan izahat alır ki, Hafiz Hacıyev sənin qohumundur? Sonra da həmin adamı işdən çıxarırlar. Məcnun müəllim, mən bu dövlətə xidmət edəndə, sən hələ uşaq idin. Əli Kərimovun Gənclər Təşkilatının üzvü idin. Mən isə 4 dəfə prezidentliyə namizəd olmuşam”.

Konkret.az xəbər verir ki, bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Reaksiya TV-nin efirində deyib.

O, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun üvanına bəzi fikirlər də səsləndirib: "Sən Samuxda qəbul keçirirsən. Niyə müəyyən adamlardan məlumat alırsan ki, sən Hafiz Hacıyevin qohumusan? Hafiz Hacıyevin qohumları dövlətdən ötrü canını qoyub, iki əmisi oğlu Milli Qəhrəmandır. Məcnun Məmmədov camaata deyir ki, ən yaxşısı, siz gedin domino oynayın. Məcnun, camaata domino lazım deyil, insanlara müraciət et ki, gedin dana, qoyun saxlayın, əkin-biçin, qiymətlər aşağı düşsün, camaat 8 manata pomidor, 13-14 manata dana, quzu əti almasın. Sən bu gün subsidiyaları ləğv edirsən, sənə korrupsiyaya qarşı faktlar verən adama isə deyirsən ki, sən Hafiz Hacıyevlə qohumsan. Həmin adam ürəkləndi, dedi ki, cənab Prezidentimiz həmişə korrupsiyaya qarşı ciddi mübarizə aparıb, bu gün də aparır, həmişə də aparacaq. Sən Cəmil Həsənlinin arxasınca gəzəndə mən onun başına su butulkası atıb efirdən qovmuşam. İnqilabçı adamam, bu dövlət üçün həyatımı qurban qoymuşam. Bundan sonra da qurban verməyə hazıram. Bu gün daxilimizdə müəyyən məsələləri boş buraxmışıq. İnsanları narazı salırlar, böyük bir qələbəyə sevinməyə imkan vermirlər. Xankəndidə bayrağımız dalğalanır. Ali Baş Komandanımız kimi vücudlu bir şəxsiyyət Xankəndidə necə çıxış etdi, hamımız ağladıq. Sən pomidor-xiyarınla məşğul ol. Ağlını başına topla, hələ heç nə danışmıram, danışacağam. Bəzi məsləhətləşmələrim gedir. Hörmətli Məcnun müəllim, biz cənab Prezidentin siyasi əsgərləriyik. Sən cənab Prezidenti istəyən adam deyilsən. Olsaydın, "Hafiz Hacıyev kimdir?” deyə bilməzdin. Sən Hafiz Hacıyevi tanımırsansa… Hafiz Hacıyev sinəsini irəli verib ürəyinə dörd dənə stent qoyduranda sən hələ Kərimov Əlinin Gənclər Təşkilatının üzvü idin. Mən Kənd Təsərrüfatı Nazirliyində böyük idarənin rəisi olmuşam. Kənd Təsərrüfatı Nazirliyində ləyaqətlə çalışan Azərbaycanda iki-üç nəfər varsa, biri mənəm. İşlədiyim dövrlərdə xalqıma ləyaqətlə xidmət etmişəm. Rəhmətlik Ulu Öndər Milli Məclisdə dedi ki, Hafiz Hacıyev işlədiyi dövrdə 55 ton qara kürü verirdi. Hanı indi o qara kürü? Məcnun, mən o kişilərdənəm. Mən kabinetlərdə Leyli axtarmıram. Mən bu xalqın nökəriyəm. Niyə? Cənab Prezidenti, Azərbaycanı içimizdəki Cəmillərdən, Əlilərdən, xaricdəkilərdən qoruya-qoruya, özümü pis edə-edə bu günə gəlib çıxmışam”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook