SON XƏBƏR

Hakan Çalhanoğlu cəzasından danışdı

Fevral 03
13:51 2017
Türkiyə millisinin və "Bayer”in futbolçusu Hakan Çalhanoğlu futboldan 4 aylıq uzaqlaşdırılması ilə  bağlı fikirlərini bildirib.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə,  "Trabzonspor"la imzalanan müqavilənin şərtlərinə əməl etmədiyi üçün cəzaya məruz qalan futbolçu bu işdə atasının səhvi olduğunu deyib: 

"17 yaşımda "Karlsrue"nin gənclərdən ibarət komandasında oynayırdım. Həmin vaxt atam Darmstadt şəhərində "Trabzonspor" rəsmiləri ilə görüşüb, müqaviləm barədə razılığa gəlmişdi. Evə gəldi və "Hakan, bu müqaviləni imzalamalısan dedi". Atamın sözündən çıxa bilməzdim. Mənim də fikrimdə futboldan başqa bir şey yox idi. İndi atam baş verənlərə görə çox üzgündür. O, bundan sonra karyerama müdaxilə etməyəcək". 

Qeyd edək ki, Çalhanoğlu mövsümün sonuna qədər bütün rəsmi oyunlardan uzaqlaşdırılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook