Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək.
Bu barədə Türkiyə XİN məlumat yayıb.
Məlumata görə, o, azərbaycanlı həmkarı Ceyhun Bayramovun dəvətilə iyulun 5-6-da Bakıda təşkil olunacaq Qoşulmama Hərəkatı Koordinasiya Bürosu nazirlərinin görüşünə qatılacaq.