SON XƏBƏR

Hakan Fidan NATO XİN başçılarının toplantısında iştirak edəcək

Aprel 02
11:59 2024
Türkiyənin xarici işlər naziri Hakan Fidan Brüsselə səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfərin məqsədi aprelin 3-4-də NATO-nun Baş Qərargahında keçiriləcək NATO xarici işlər nazirlərinin toplantısında iştirak etməkdir.

Hakan Fidanın görüş çərçivəsində ikitərəfli danışıqlar aparacağı da gözlənilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook