SON XƏBƏR

Hakan Fidan Ukraynaya gedəcək

Avqust 22
14:17 2023
Türkiyənin xarici işlər naziri Hakan Fidan avqustun 25-də Ukraynaya gedəcək.

"Report” xəbər verir ki, bu barədə "Haber Global” məlumat yayıb.

Bildirilib ki, o, həmkarı Dmitro Kuleba ilə görüşəcək.

Nazirlərin Ukraynadakı müharibəni, o cümlədən "Taxıl sazişi”nin perspektivini müzakirə edəcəkləri gözlənilir.

H.Fidanın yaxın günlərdə Rusiyaya gedəcəyi də proqnozlaşdırılır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook