Hamlet İsaxanlının adı Britaniyanın məşhurlar kitabına daxil edilib
Mart 11
10:46
2019
Londonun məşhur Wiley nəşriyyatında 2018-ci ilin dekabr ayında Britaniyalı iqtisadçı, beynəlxalq münasibətlər və neyroelm üzrə mütəxəssis, qlobal jurnalist və İslam incəsənəti üzrə dünyanın ən böyük sənət muzey kolleksiyası olan məşhur Khalili Collections`in (Xəlili Kolleksiyalarının) bədii rəhbəri Waqās Ahmedin "The Polymath. Unlocking the Power of Human Versatility" ("Çoxbilgin. İnsan hərtərəfliyinin gücünü üzə çıxarmaq”) kitabı işıq üzü görmüşdür. Kitab çoxbilginlik fenomeninə həsr olunmuşdur. Çoxbilgin`in (polimat`ın) qısa təsviri belədir: "Bir-biri ilə bağlı olmayan çox müxtəlif sahələrdə yaradıcı fəaliyyət göstərən çoxyönlü insan”.
Kitab tarix boyu mövcud olmuş çoxbilginlər haqqında məlumat verməklə yanaşı çoxbilginliyin nəzəri əsaslarını vermişdir. Çoxbilginlik fenomeni elm adamları, filosof və psixoloqlar tərəfindən müzakirə olunub maraqlı tədqiqat mövzusu olsa da, bu kitab çoxbilginlik haqqında ilk monoqrafik əsərdir. Bu kitabda çağdaş dövrün, 20-21-ci əsrlərin azsaylı məşhur çoxbilginləri sırasında Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı da təqdim olunmuşdur. Kitabda Hamlet İsaxanlının çoxbilgin kimi fəaliyyəti ayrıca təhlil olunmuş, onun əsər və fikirlərindən çoxsaylı alıntılar edilmişdir.
Digər tərəfdən, beynəlxalq "Stackexchange" saytı da professor Hamlet İsaxanlının adını 20-ci əsrdə dünyanın məşhur "Çoxbilgin"ləri ("Polymath”) sırasına daxil etmiş, onu qısaca belə təqdim etmişdir:
Hamlet Isakhanli (born 1948) is a professor of mathematical-physical sciences, mathematician, poet, social scientist, scholar of history of education, literature and culture, founder of university, founder and co-founder of various organizations, entrepreneur, writer, translator (Hamlet İsaxanlı, 1948 doğumlu, riyaziyyat-fizika elmləri üzrə professor, riyaziyyatçı, şair, sosial elmlər, təhsil, ədəbiyyat və mədəniyyət tarixi üzrə mütəxəssis-alim, universitet təsisçisi, müxtəlif təşkilatların təsisçisi bə həmtəsisçisi, sərbəst təşəbbüs sahibi, yazıçı, tərcüməçi).

Qeyd edək ki, Stack Exchange elm tarixi və riyaziyyat sahəsində çox aktiv müzakirələrin aparıldığı, çox məşhurların da yazdığı, fəal iştirak etdiyi bir saytdır. Daha geniş məlumatı bu link vasitəsilə əldə etmək olar: