SON XƏBƏR

Hansı ölkənin Azərbaycanda neçə şirkəti var?

Avqust 09
16:21 2016
Rusiya prezidenti Vladimir Putin avqustun 8-i Bakıya səfəri zamanı deyib ki, ölkəsinin Azərbaycanda 600-dək şirkəti çalışır. Azərbaycanın İqtisadiyyat Nazirliyinin məlumatına görə, 2016-cı ilin birinci yarısına qədər ölkədə tam xarici investisiyalı və birgə müəssisələrin 7,9%-ni Rusiya sahibkarları yaradıb.
 
Bəs başqa ölkələrin göstəriciləri necədir? Transparency.az bildirir ki, statistik vahidlərin dövlət reyestrində qeydiyyatdan keçmiş tam xarici investisiyalı və birgə müəssisələrin 35,5%-ni Türkiyə, 8,9%-ni Böyük Britaniya, 6%-ni İran, 3,8%-ni ABŞ, 2,4%-ni Almaniya sahibkarları yaradıb.
İqtisadiyyat Nazirliyinin hesabatına əsasən, müəssisələrin 35,5%-i digər ölkələrin payına düşür.

Ölkədə 2400-dən çox Türkiyə, 470-dən çox Böyük Britaniya, 440-a yaxın İran, 200-ə yaxın Gürcüstan, 180-dən çox Almaniya, 65-dən çox İsveçrə, 40-dan çox Fransa, 40-a yaxın Ukrayna, 30-a yaxın Belarus şirkətinin fəaliyyət göstərdiyi haqda bilgilər var.
 
2016-cı ilin birinci yarısına Azərbaycanda sahibkarlıq subyektlərinin sayı 715 min 585 vahid olub. Sahibkarların 36,1 faizi Bakı şəhərində, 63,9 faizi regionlarda qeydiyyatdan keçib. İqtisadiyyat Nazirliyi qeyd edir ki, sahibkarların təqribən 14,6 faizi hüquqi şəxslər, 85,4 faizi fiziki şəxslərdir.(Azadlıq.info)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook