Hansı şairin şeirini oxuduğuna görə aşığın başına pul tökdülər
Mart 12
13:38
2016
Cənubi Azərbaycanda (İranda) Aşıq Həsən İsgəndəri Göyçəli şair Sərraf Şiruyənin məşhur "Olar" rədifli ustadnaməsini oxuyarkən başına pul səpdilər. Üç ay əvvəl vəfat edən Sərraf Şiruyə Azərbaycanda sevildiyi kimi İranda da çox sevilir.
Qeyd edək ki: Sərraf Şiruyə 1942-ci il sentyabrın 11-də Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olub. 1960-cı ildə Bərdə rayonunun Yeni Daşkənd kənd orta məktəbini bitirdikdən sonra, 1962-ci ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olub və 1968-ci ildə oranı bitirmişdir. Həmin ildən Bərdə rayonunun Yeni Daşkənd kənd orta məktəbində müəllim işləmişdir. 1972-ci ildən 1980-ci ilə kimi Yeni Daşkənd kənd orta məktəbində direktor müavini və Bərdə rayonu "Bilik" cəmiyyətində mühazirəçi işləmişdir.
1993-1997-ci illərdə dini mədrəsəni bitirmişdir. 1992-ci ildən 1996-cı ilə kimi döyüş bölgələrində hərbi jurnalist kimi fəaliyyət göstərmişdir.
Sərraf Şiruyə 2015-ci il dekabrın 8-də Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat edib.
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm", "Məmməd Araz" və "H.B.Zərdabi" mükafatları laureatı idi.
Araz Yaquboğlu
Qlobal.az