Həbs edilən "Şah Kargo"nun rəhbəri büdcəyə neçə milyon ziyan vurub? - DETALLAR
Avqust 16
22:47
2022
Əməliyyatla həbs edilən və ilkin olaraq 3 aylıq cəza alan "Şah Kargo"nun Azərbaycan nümayəndəliyinin rəhbəri Muxtar Məmmədovla bağlı yeni məlumatlar var.
İlkin araşdırmalar zamanı bəlli olub ki, Muxtar Məmmədov dövlət büdcəsinə 30-40 milyon manatdan artıq ziyan vurub.
Yəni ölkəyə gətirdiyi müxtəlif adlı yüklər ya bəyan edilməyib, ya az göstərilib, ya da ləgv olunmuş məhsul olaraq göstərilib.
Belə ki, xarici ölkələrdən, əsasən Türkiyədən yükdaşımaları həyata keçirən monopolist şirkət olaraq tanınan "Şah Kargo"nun Muxtar Məmmədov adlı (hazırda həbsdədir) rəhbəri bu əməli əvvəlcədən əlbir olduğu DGK-nın sabiq sədri Səfər Mehdiyev, onun hazırda həbsdə olan müavini general Məsum Rəsulov və milyarder və gömrük monopolisti, həbsdə olan "Broker" MMC-nin rəhbəri Əbülfəz Məlikovla birlikdə tödərib. Bu şəxslər əməlləri ilə dövlət büdcəsinə milyard manatlarla ziyan vurublar və cinayət törədiblər. Hazırda Səfər Mehdiyevdən başqa hər 3 şəxs həbs olunub, istintaq gedir.
Daha bir müəmma isə şirkət rəhbərinin həbs olunmasına baxmayaraq "Şah Kargo" faliyyəti eyni istiqamətdə davam edir. Maraqlıdır ki, rəhbəri həbs olunan "Şah Kargo" necə fəaliyyət göstərir və bu işi kimlər həyata keçirir? Görünür, bu adamların Gömrük Komitəsində hələ də böyük dayaqları qalmaqdadır.
Xatırladaq ki, həbslər ilk olaraq monopolist Kargo şirkətlərinin rəhbələrindən başlanıb və bu günə olan məlumata görə, ölkədə böyük yükdaşımaları həyata keçirən, "Şah Kargo"nun rəhbəri Müxtar Məmmədov həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin bir neçə maddələri ilə həbs qətimkan tədbiri seçilib. Daha bir neçə Kargo rəhbərinin həbs olunduğu bildirilsə də faktlar hələlik təsdiq olunmur. Hər halda bu gün "Şah Kargo", onun rəhbəri Muxtar Məmmədov həbsdədir və əməlləri, gördüyü "fəaliyyət" araşdırılır.