SON XƏBƏR

Həbsdə olan general əməliyyat edildi

İyun 14
13:44 2023
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov əməliyyat olunub.

Qaynarinfo "Qafqazinfo”ya istinadən xəbərinə görə, Nizami Məmmədov Bakı Sağlamlıq Mərkəzində ürək əməliyyat keçirib.

Məlumatı generalın vəkili Rəşad Mirmehdizadə təsdiq edib.

Vəkil deyib ki, müvəkkili əməliyyatdan sonra Pentensiar Xidmətin Müalicə müəsisəsinə yerləşdirilib: "Nizami Məmmədov xəstəxanada anjoqrafiya olunub, damarlarında 80 faizdən artıq tutulma olduğuna görə stend qoyulub, eyni zamanda ürəyin ritm pozğunluğuna görə ablasiya əməliyyatı olunub. Hazırda həkim nəzarətindədir”.

Qeyd edək ki, N.Məmmədov ötən ilin mart ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. O, külli miqdarda mənimsəmədə ittiham olunur.

Hazırda iş üzrə ibtidai istintaq davam edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook