SON XƏBƏR

Həbsdəki generalın qızı studiya açdı – FOTO, VİDEO

Noyabr 14
13:52 2022
12 il azadlıqdan məhrum edilmiş general-mayor Mövlam Şıxəliyevin qızı Samirə Şıxəliyeva studiya açıb. Studiya Bakının mərkəzində, Azadlıq prospekti 103 f ünvanında yerləşir. Sosial şəbəkələrdə "Samira Mikrobladinq” nikneymi ilə studiyanın reklamını paylaşan Samirə Şıxəliyeva "Qaşlarınızı bizə etibar edə bilərsiniz” yazıb.

General qızının studiyası "Patricia Beauty Studio” adlanır.

Studiyanı nə vaxt açıldığı bilinməsə də, Samirə Şıxəliyeva sosial şəbəkələrdə reklamına bu ilin iyunundan başlayıb. Hazırda onun kanalında studiyanın reklamınan hesablanan bir çox videoçarxlar yerləşdirilib. Həmin videolarala https://www.youtube.com/channel/UCLopoDDQ7lKRzMujrMmO7VQ keçidi vasitəsi ilə tanış ola bilərsiz.

Xatırladaq ki, Mövlam Şıxəliyev 10 ilə yaxın Milli Təhlükəsizlik Nazirliyinin(MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin rəisi vəzifəsini tutub. 2015-ci ildə Eldar Mahmudov milli təhlükəsizlik naziri postundan qovulandan sonra MTN-də baş verən cinayətlərlə bağlı istintaq başlanıb. MTN rəhbərliyində təmsil olunan 20-dən çox vəzifəli həbsə alınıb. Həmin zaman Mövlam Şıxəliyev istintaqa cəlb edilib, əmlakları üzərinə həbs qoyulub. Bundan 6 il sonra, 2021-ci ilin aprelində barəsində həbs qərarı verildi. 2022-ci ilin sentyabrında Bakı Hərbi Məhkəməsində Mövlam Şıxəliyev və onun 3 işçisi barəsində məhkəmə prosesi yekunlaşdı. Məhkəmənin hökmü ilə Mövlam Şıxəliyev əmlakı qismən müsadirə edilməklə, general-mayor rütbəsi alınmaqla 12 il müddətinə azadlıqdan məhrum olundu.

Onun cinayət işi üzrə 36 zərərçəkən vardı.
 
Mənbə: Musavat.com
 
Qlobal.az
 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook