"Heç kim seçicini istəmədiyi bir şeyi görməyə məcbur edə bilməz" - Məzahir Pənahov
Fevral 06
17:39
2024
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov heç kimin seçicini istəmədiyi bir şeyi görməyə məcbur edə bilməyəcəyini bildirib.
"Həmçinin məntəqədəki hər kəs seçicinin istəklərinə hörmətlə yanaşmalıdır. Heç kim seçicini istəmədiyi bir şeyi görməyə məcbur edə bilməz. Hər kəsdən bu tələblərə diqqət yetirməsini xahiş edirəm. Kiminsə səhvi ucbatından vətəndaşın konstitusion hüququndan məhrum olmasına imkan verə bilmərik".