SON XƏBƏR

“Heç kimə pul təklif etməmişəm”

Aprel 27
13:39 2016
Bu gün Səbail rayon Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı cinayət işi çərçivəsində həbs edilən futbolçu Cavid Hüseynovun məhkəmə prosesi davam edib. Hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib. Şahid Pərviz Qabilzadə bildirib ki, o, Cavidlə 10 il bundan əvvəl idman məşqlərində tanış olub və yoldaşlıq edib:
 
"Bu hadisə ilə bağlı mən Cavidin bibisi oğlu Elşən İsmayılovla danışdım. Hadisədən xəbərim olanda Bayılda yaşayan dostumla əlaqə saxladım və dedim ki, dava etməsinlər. Amma Cavidin üzünü heç 10 ildir görmürəm. Bu illər ərzində heç bir telefon danışığı da olmayıb. O, istintaqa verdiyi ifadəsini də təsdiqləyib”. (Lent.az)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook