“Hədəf” və “XAN” nəşrləri beynəlxalq kitab-sərgi yarmarkasında
Noyabr 07
10:12
2015
Noyabrın 7-dən 15-dək Türkiyənin İstanbul şəhərində beynəlxalq kitab sərgi-yarmarkası keçiriləcək. Sərgidə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Hədəf” və "XAN” nəşrlərinin nümayəndələri də iştirak edəcək.
Nəşriyyatdan bildirilib ki, sərgidə nəşriyyatın müxtəlif adda çap məhsulları nümayiş olunacaq. Həmçinin "XAN” nəşrlərinin Mədəniyyət və Turizm Nazirliyi ilə ortaq layihəsi olan "Yazıçılarımızı dünyaya tanıdaq” adlı kitab dəstinin də təqdimatı keçiriləcək.
Avropanın ən böyük ölkələrinin dövlət və özəl nəşriyyatları ilə yanaşı, Amerika, Kanada, Yaponiya, Çin, Koreya Respublikası, Səudiyyə Ərəbistanı, Hindistan və s. ölkələrdən sərgidə 500-ə yaxın nəşriyyat iştirak edəcək. 34 il müddətdə uğurla fəaliyyət göstərən yarmarkada Azərbaycan xüsusi ekspozisiya ilə təmsil olunacaq və sərgilənən ekspozisiyamızın sahəsi 50 kvadratmetrdir.