"Hədəfimiz türk dünyasıdır" - Deputat
İyun 03
14:39
2024
"Biz birlikdə güclüyük”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Almatıda Türkiyə və Özbəkistandan olan həmkarları ilə baş tutan görüşünü şərh edərkən deyib.
Deputat bildirib ki, cari ilin fevralın 14-də Azərbaycan Prezidenti İlham Əliyev parlamentdəki andiçmə mərasimində ölkəmizin xarici siyasətində prioritet istiqaməti Türk Dövlətləri Təşkilatı olduğunu qeyd etdi:
”Türk Dövlətləri Təşkilatı bir ailədir və bu ailə üzvlərilə əməkdaşlıq Azərbaycan üçün strateji xətt və istiqamətdir. Həqiqətən də hazırda Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq dinamik inkişaf tempinə malikdir. Söhbət 1,4 trilyon dollarlıq ümumdaxili məhsula malik dövlətlərdən gedir. Bu ölkələr arasında ticarət dövriyyəsi isə 856 milyard dollar təşkil edir. 4,8 milyon kvadrat kilometrlik ərazini əhatə edən bu məkan doğrudan da insan resursları və təbii ehtiyatlar potensialı baxımından böyük potensiala malikdir. Bu dövlətləri həm dəorta dəyərlər birləşdirir. Bu format çərçivəsində əməkdaşlıq müxtəlif istiqamətlər üzrə inkişaf edir. Almatıdakı tədbir çərçivəsində eyni zamanda, TDT-nin diplomatik korpus müşavirlərinin görüşü də keçirilib. Azərbaycan Prezidentinin xarici siyasi məsələlər üzrə köməkçisi Hikmət Hacıyev bu fonda türkiyəli və özbəkistanlı həmkarları ilə birgə görüş keçirib”.
Deputat bildirib ki, xarici siyasətimizin əsas prioriteti TDT-dirsə, deməli bu dövlətlər arasında diplomatik münasibətlər və onun inkişafı da xüsusi önəm kəsb edir:
”Bu baxımdan Hikmət Hacıyevin Türkiyə və Özbəkistan diplomatları ilə görüşündə həm təşkilat çərçivəsində, həm də ikitərəfli formatda diplomatik münasibətlər, onların inkişafı, qarşıdakı hədəflər, problem, çağırış və onların həlli yolları ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Bütün bunlar onu göstərir ki, sözün həqiqi mənasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrin inkişafı nəticədə hər bir üzv dövlətin maraqlarına xidmət edir. Biz bir yerdə olduqda güclüyük və bu görüş də eyni mahiyyətin göstəricisidir”.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə və Özbəkistandan olan həmkarları ilə görüşüb. Hikmət Hacıyev qeyd edib ki, Akif Çağatay (Türkiyə) və Əlişir Peyqamovla (Özbəkistan) Almatıda keçirilən Türkdilli Dövlətlər Təşkilatının Diplomatik Müşavirlərinin/Prezident köməkçilərinin görüşü çərçivəsində ölkələrimiz arasında qardaşlıq münasibətlərinin perspektivlərini və qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə edib.