SON XƏBƏR

Helmut Berqer vəfat edib

May 19
13:26 2023
Avstriyalı aktyor Helmut Berqer 78 yaşında vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə ORF yazıb.

Aktyorun agenti Helmut Vernerin sözlərinə görə, Berqer mayın 18-i cümə axşamı səhər tezdən Zalsburqda dünyasını dəyişib. Ölümün səbəbi dəqiqləşdirilməyib.
Berger 29 may 1944-cü ildə Bad İşldə (Yuxarı Avstriya) anadan olub. Uşaqlığını və gəncliyini Zalsburqda keçirib, sonra Paris və Londonda çalışıb. O, Londonda Mərkəzi Nitq və Dramatik İncəsənət Məktəbində təhsil alıb, lakin məzun olmayıb.

1964-cü ildə Berqer italyan rejissor Luçino Viskonti ilə tanış olur. Daha sonra o, aktyora ilk rolunu İtaliya və Fransa rejissorları tərəfindən lentə alınan beş qısa hekayədən ibarət "İfritələr” filmində verir.

Bergerin ən məşhur kino işi rejissor Viskontinin Faşist Almaniyasındakı hadisələrdən bəhs edən "Tanrıların ölümü” filmində metallurgiya konserninin rəhbərinin oğlu Martin fon Essenbekin rolu olub. Film 1960-cı ildə ekranlara çıxıb. Film tənqidçiləri fon Essenbekin rolunu "ilin rolu" adlandırıb və Berger "Qızıl Qlobus"a namizəd olub.

Viskontinin Bergerlə əməkdaşlığı Lüdviq (1972) və "İnteryerdə ailə portreti”ndə (1974) davam edib.

Berqer Vittorio de Sikanın "Finzi Kontininin bağı” (1970) və Massimo Dallamano tərəfindən çəkilmiş "Dorian Qreyin portreti” kimi filmlərdə rol alıb; Romi Şnayder, Elizabet Teylor və Henri Fonda ilə birgə oynayıb.

Sağlamlıq problemlərinə görə Berger 2019-cu ilin noyabrında aktyorluqdan getdiyini açıqlamışdı.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook