SON XƏBƏR

HƏMAS lideri bütün təşəbbüslərə açıq olduqlarını bildirib

İyun 22
09:12 2024
HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Qəzzada müharibəni dayandıracaq və təşkilatın tələblərinə cavab verəcək bütün təşəbbüslərə açıq olduqlarını deyib.

APA Anadolu Agentliyinə istinadən xəbər verir ki, İsmayıl haniyə Livanın paytaxtı Beyrutda Strateji Düşüncə Forumunun təşkil etdiyi və İsrailin Qəzzada müharibəsi ilə bağlı ssenarilərin müzakirə olunduğu simpoziumda çıxış edib.

HƏMAS-ın "hücumların tamamilə dayandırılması, İsrail ordusunun geri çəkilməsi, Qəzzanın yenidən qurulması, əsirlərin dəyişdirilməsi və Qəzza xalqına yardımların göstərilməsi" kimi tələblərinin olduğunu xatırladan Haniyə bu şərtlər çərçivəsində bütün təşəbbüslərə açıq olduqlarını deyib.

Haniyə mayın 6-da Qətər və Misir tərəflərinin təqdim edilən atəşkəs təklifini bəyəndiklərini, lakin İsrailin atəşkəs təklifində müqavimət qüvvələrinin tələblərinin mahiyyətinə təsir edəcək dəyişikliklərin edilməsini istədiyini bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook