HƏMAS və FƏTH gələcəkdə Qəzzanın idarə edilməsi ilə bağlı razılığa gəlib
Dekabr 03
13:44
2024
Fələstinin HƏMAS hərəkatı və İordan çayının Qərb sahilində əsas rol oynayan FƏTH partiyası münaqişə başa çatdıqdan sonra Qəzza zolağının idarə edilməsi barədə saziş bağlayıb.
"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Danışıqlarda iştirak edənlər Qahirədə aparılan danışıqların yekunları üzrə tərəflərin saziş layihəsini təsdiq etdiklərini bildiriblər.