SON XƏBƏR

Hərbi hissələrdə inşaat işləri davam edir

İyul 27
15:26 2016
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, hərbi hissələrdə inşaat işləri davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qurumun rəhbərliyi Gəncədə yeni inşa edilən hərbi hospitaldakı müalicə-diaqnostika, qərargah korpusu, eləcə də digər inzibati binalar və qurğularda tikinti işlərinin gedişi ilə maraqlanıb.
 
Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev müdafiə nazirinə görülən işlər haqqında məlumat verib.
 
Mobil səhra hospitalının yeni açılan terapiya bölməsində yaradılan şəraitlə tanış olan nazir, general-polkovnik Zakir Həsənov müvafiq tövsiyə və tapşırıqlarını verib.
 
Sonra müdafiə naziri cəbhəboyu zonada yerləşən tank hərbi hissələrinin birində şəxsi heyətlə görüşüb. Buradakı döyüş texnikası, trenajor mərkəzi və texnikalara baxış keçirilib.
 
Müdafiə naziri şəxsi heyətlə müxtəlif hərbi hissələrdə keçirilən görüşlərdə Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqətin nəticəsində son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da artırılması, sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb.
 
Qlobal.az
 







Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook