Hərbi qulluqçuların aylıq vəzifə maaşları artırılıb - QƏRAR
Fevral 06
11:38
2024
Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri artırılıb.
Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.
Bu barədə Baş nazir Əli Əsədov müvafiq Qərarlara dəyişikliklə bağlı Qərar imzalayıb.
Qərarla Azərbaycan Maliyyə Nazirliyinə tapşırılır ki, bu Qərarın icrası ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirsin.
Hərbi qulluqçuların aylıq vəzifə maaşlarının məbləğləri məxfi olduğundan açıqlanmır.