SON XƏBƏR

Hesablama Palatası azad edilən ərazilərin bərpasına ayrılan vəsaitin auditini aparacaq

Aprel 26
12:36 2022
"Cari ildə Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il üçün gəlir və xərclərinin hesabatının auditi aparılacaq”.

"Report”un xəbərinə görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən iclasında qurumun ötənilki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, cari ildə qarşıda duran vacib məsələlərdən biri işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası işlərinə dövlət tərəfindən dəstək tədbirlərinin maliyyə təminatının icraçı qurumar tərəfindən icrası ilə bağlı auditlər aparılmasıdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook