SON XƏBƏR

Hesablama Palatası dövlət büdcəsi xərclərinə nəzarətin minimum səviyyəsini təmin etmir - Vüqar Gülməmmədov

Aprel 08
12:51 2019
Hesablama Palatası dövlətin adından kənar maliyyə nəzarətini həyata keçirən bir qurumdur və bu funksiya yalnız ona məxsusdur.

Bunu "Report”a açıqlamasında Palatanın sədri Vüqar Gülməmmədov bildirib. 

Onun sözlərinə görə, nəzarət yalnız o halda daha effektiv olur ki, onu həyata keçirənlərin peşəkarlığı yüksək olsun, beynəlxalq təcrübəni tətbiq etməyi bacarsın və ümumiyyətlə, nəzarət sferasına aid olan hər bir element bu nəzarətlə əhatə oluna bilsin.

"Ali audit orqanlarının işinin qiymətləndirilməsində bu aspektlər diqqətdə saxlanılır, amma hələ ki, Hesablama Palatası dövlət büdcəsi xərclərinə nəzarətin beynəlxalq təcrübədə tələb olunan minimum səviyyəsini təmin etmir. Nəzarətin beynəlxalq standartlar və ən yaxşı təcrübələrə yaxınlaşması üçün çoxlu sayda təlimlərə ehtiyac vardır. Həmçinin müasir çağırışlara uyğun olaraq informasiya texnologiyalarından istifadə bacarıqları güclənməlidir və bu, həm İT auditinin keçirilməsi, həm də dövlət vəsaitlərinin icrası ilə bağlı daxil olan geniş məlumat bazasının işlənilməsini nəzərdə tutur. Analitik təhlillərin aparılması yolu ilə vəsaitlərin səmərəli istifadə edilməsi sahəsində səriştəmiz artırılmalıdır. Nəticədə Hesablama Palatası tərəfindən hazırlanan və təqdim edilən rəylər və hesabatlardan millət vəkillərinin daha çox faydalanmasına imkanlar yaranar ki, bu, bizim üçün xüsusilə əhəmiyyətlidir”, - deyə V.Gülməmmədov əlavə edib. 
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook