SON XƏBƏR

Hesablama Palatası gələn ilin dövlət büdcəsindəki problemləri açıqladı

Dekabr 29
12:06 2020
İqtisadçı ekspert Rövşən Ağayev Hesablama Palatasının 2021-ci ilin dövlət büdcəsilə bağlı rəyindən maraqlı məqamlar paylaşıb.
 
Qaynarinfo xəbər verir ki, ekspert Hesablama Palatasının rəyində iri özəl investisiya layihələrinə 2021-ci ildə 535 mln. manat dövlət dəstəyinin verilməsinin hüquqi cəhətdən poblemli olmasına diqqət çəkib:

"Palata bildirir ki:

1) Bu xərclər qanunvericiliyə zəruri dəyişikliklər olunmadan Dövlət İnvestisiya Proqramına daxil edilib;
2) Proqnozlaşdırılan vəsaitin istiqamətlər üzrə bölgüsü təqdim olunmayıb;
3) "Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”na görə, investisiya xərcləri dövlət orqanlarının, büdcədənkənar dövlət fondlarının və dövlət müəssisəsi aktivlərinin artırılması üçün nəzərdə tutulan xərclər kimi müəyyən edilir.
4) Bu xərclər Qaydaların tələblərinə uyğun hesablamalar və əsaslandırlmalar aparılmadan Dövlət İnvestisiya Proqramına daxil edilib.
5) Yalnız sosial-iqtisadi cəhətdən səmərəliliyi müəyyən edilən layihələr Proqrama daxil edilə bilər.
 
Rəydə o da vurğulanır ki, 2021-ci ilin büdcə sənədləri dəstinə qanunvericiliyin tələbinə uyğun olaraq mühüm investisiya layihələrini özündə əks etdirən dövlət investisiya proqramının layihəsi deyil, 3 illik Dövlət İnvestisiya Proqramının əsas istiqamətlərinin layihəsi təqdim edilib.
 
Eyni zamanda, təqdim edilmiş layihədə əvvəlki illərdən fərqli olaraq, Dövlət İnvestisiya Proqramı üzrə nəzərdə tutulan xərclərin sektorlar (sahələr) üzrə bölgüsü də əks etdirilməyib”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook