SON XƏBƏR

Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilmişdir

Sentyabr 20
10:40 2016
Azərbaycan Respublikası Hesablama Palatasının növbəti kollegiya iclasında keçirilmişdir.
 
Kollegiya iclasında aşağıdakı nəzarət tədbirləri üzrə Hesabatlar müzakirə olunmuşdur:
 
1. dövlət büdcəsindən Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı Səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə dair; 
 
2. dövlət büdcəsinin yerli xərclərindən Qaradağ rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair;
 
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsi üzrə gəlir və xərclərin və şöbənin saxlanılması xərclərinin icrasına dair.
 
Hesablama Palatasının Kollegiyası Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsi tərəfindən əmək pensiyalarının, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin təyin olunması və ödənilməsi zamanı ciddi maliyyə pozuntularına yol verilməsi, eyni zamanda, Şəki şəhər İcra Hakimiyyəti Başçısının Şəki kəndindəki Nümayəndəliyi tərəfindən bir hal üzrə vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək  hüquqi əsası olmayan və düzgün olmayan məlumatları əks etdirən, eləcə də əsaslılığı şübhə doğuran sənədlərin hazırlanması səbəbindən dövlətə zərər vurulması ehtimalını nəzərə alaraq müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə qərar qəbul etmişdir.
 
İclasda digər audit tədbirləri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunmuşdur. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınmışdır.
 
Kollegiya iclasında, həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilmiş, müvafiq qərarlar qəbul edilmişdir. Kollegiya bir neçə nəzarət tədbirləri ilə proqramlara da dəyişiklik etmişdir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook