SON XƏBƏR

Hesablama Palatası mənzillə təminata dair təkliflər irəli sürüb

Aprel 08
12:20 2024
Hesablama Palatasının təklif etdiyi məsələlərdən biri dövlət mənzil fondu ilə əlaqədardır.

"Report”un məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, auditlər göstərir ki, fondla əlaqədar qanunvericilikdəki çatışmazlıqlar praktiki problemlərə səbəb olur.

"Dövlətin mənzillə təmin etməli olduğu şəxslərin əhatə dairəsinin dəqiqləşməsi, üstün mənzil təminatı olan hüquqi şəxslərin Mənzil Məcəlləsində nəzərə alınması vacibdir. Dediyim şəxslər qazilər və şəhid ailələridir. Şəhid ailələrinə güzəştlər haqqında qanunda mənzil şəraitinin yaxşılaşdırılması ehtiyacı olan şəhid ailələrinin yaşayış sahələri ilə birinci növbədə təmin edilməsi hüquqları təsbit olunub. Lakin Mənzil Məcəlləsində şəhid ailələrinin, müharibə nəticəsində əlil olan olan şəxslərin üstünlük hüququ fərqləndirilmir”, - deyə sədr əlavə edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook