SON XƏBƏR

Hesablama Palatası rayon və şəhər icra hakimiyyətlərində yoxlamaların azaldılmasına aydınlıq gətirib

Sentyabr 13
14:19 2019
Azərbaycan Hesablama Palatası yerli icra hakimiyyətlərində yoxlamaları minimum həddə çatdırıb.

"APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

V. Gülməmmədovun sözlərinə görə, 2016-cı ilədək rayon icra hakimiyyətlərinə dövlət büdcəsinin yerli xərcləri ilə bərabər mərkəzləşmiş xərclərindən də vəsait verilib: "2016-cı ildən sonra mərkəzləşmiş xərclərdən verilən vəsaitlərdə azalma olub. Hesablama Palatası əsasən fəaliyyətini mərkəzləşdirilmiş xərclərin icrasına fokuslaşdırıb. Mərkəzləşdirilmiş xərclər də daha çox mərkəzi orqanlar tərəfindən həyata keçirildiyi üçün yerli xərclərin auditinin ümumi auditin payında çox kiçik bir rəqəmdir. Hesablama Palatasının birmənalı olaraq yerli icra hakimiyyətlərini yoxlamadığını demək düzgün olmaz, sadəcə, yoxlamalarda yerli icra hakimiyyətləri orqanlarının payı azalıb”.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook