SON XƏBƏR

Hesablama Palatasında həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub

İyun 02
19:38 2016
Azərbaycan Respublikası Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.
 
Palatadan AZƏRTAC-a bildiriblər ki, iclasda dövlət büdcəsinin yerli xərclərindən Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair; dövlət büdcəsinin yerli xərclərinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən Şirvan şəhər İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair; dövlət büdcəsinin yerli xərclərinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən Salyan rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin icrasına dair həyata keçirilmiş bir sıra nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.
 
İclasda, həmçinin hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.
 
Kollegiyada Hesablama Palatasının 2016-cı il iş planında nəzərdə tutulmuş bir nəzarət tədbiri ilə bağlı proqram təsdiq edilib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook