Hesablama Palatasının ötən il aşkar etdiyi nöqsanların tərkibi açıqlanıb - SİYAHI
May 04
11:51
2020
Hesablama Palatasının 2019-cu ildə aşkar etdiyi 561 nöqsanın 172-si büdcə qanunvericiliyinin pozulması ilə bağlı olub.
"Report" bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, ötən il dövlət satınalmaları ilə bağlı qanunvericiliyin pozulmasına dair 136, mühasibat uçotu və hesabatlılıq üzrə qanunvericiliyin pozulmasına dair 119, əsaslı vəsait qoyuluşları (tikinti) üzrə qanunvericiliyin pozulmasına dair 56, Büdcə gəlirlərinin hesablanması, yığılması və ödənilməsi üzrə qanunvericiliyin pozulmasına dair 42, Büdcədənkənar fond, sosial təminat və sosial müdafiə üzrə qanunvericiliyin pozulmasına dair 24, Dövlət əmlakı üzrə qanunvericiliyin pozulmasına dair 7, Bank-kredit, valyuta əməliyyatları və dövlət borcu sahəsində qanunvericiliyin pozulmasına dair isə 5 nöqsan aşkar edilib.