SON XƏBƏR

Heydər Babayevə məxsus 7 şirkət bağlanır (SİYAHI)

İyul 25
12:21 2019
"AB Standard” QSC-yə daxil olan, eləcə də bu holdinqlə əlaqəli 7 şirkət ləğv olunduğunu elan edib.

Bu barədə Vergilər Nazirliyinin "Vergilər” qəzeti xəbər verir.

Söhbət "AB Trading”, "AB Travel”, "AB Skybell”, "Masalt”, "Avto Şop”, "Standard Futbol Klubu” MMC-lərdən, eləcə də "AB Service” firmasından gedir. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 25, mənzil 54 ünvanına bildirə bilərlər. 

Xatırladaq ki, "AB Standard" şirkətlər qrupu 2002-ci ildə yaradılıb. Bu holdinqə ləğv prosesində olan "Bank Standard" QSC, fəaliyyətdə olan "Standard Insurance" Sığorta Şirkəti ASC, "Standard Lizinq" MMC, qiymətli kağızlar bazarındakı yeni qaydalarla əlaqədar fəaliyyətini dondurmuş "Standard Kapital" MMC daxildir. Şirkətlər qrupunun sahibi sabiq iqtisadi inkişaf naziri Heydər Babayev və onun ailə üzvləridir. 
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook