SON XƏBƏR

"Heydər Əliyevin gözlərinə baxmaq olmurdu"

Oktyabr 17
12:18 2016
Tanınmış şair, əməkdar incəsənət xadimi Baba Vəziroğlu "Sevilənlər" verilişinin qonağı olub
 
Ölkə.Az-n məlumatına görə, şair Nərgiz Cəlilovanın aparıcısı olduğu proqramda xeyli maraqlı və səmimi açıqlamalar verib:
 
"Hərdən məndən soruşurlar ki, İsmayıllıya getmişdin, şeir yazdınmı? Bu, yaradıcılığa yüngül yanaşmadır. Çünki şair ətrafı yox, öz içini yazır. Məsələn, siz bir yaşıl çinarı gözəllik kimi görürsünüz, amma mən onun həm yeni əkilən vaxtını, həm də qocalığını görə bilirəm. Bilmirəm, bu yaxşıdır, yoxsa pis?"
 
B.Vəziroğlu Heydər Əliyevə həsr etdiyi məşhur şeirdən də danışıb:
 
"80-ci illərdə mən gənc yazıçıydım. O vaxt Yazıçılar Birliyinin sədri olan İmran Qasımovun referentiydim. Və bildiyiniz kimi, Ümummilli lider Heydər Əliyev bölgələrə səfər edəndə yazıçıları, şairləri də özüylə aparırdı. Həmin məclislərdə mən də iştirak etmişəm. Bəzən 4-5 nəfərlik çevrədə baş tutan görüşlərdə olurdum. Necə zəhmli və zabitəli idisə, onun yanında çay içə bilmirdik. O adamın gözlərinə baxmaq olmurdu. Və bu şeir də bir gündə yazılmayıb, illərin müşahidələridir. O şeirdə may ayı var. Fikir verirsiniszə, orada Heydər Əliyevin ölümündən söz açılmır".
 
B.Vəziroğlu sifarişlə yazdığı şeirlərdən də danışıb:
 
"Bəli, sifarişlə də şeir yazmışam və bu mənim peşəkarlığımın hesabına mümkün olub. Axı mən kim üçünsə dostam, kim üçünsə vətəndaşam, bir idarənin işçisiyəm, bir ailənin başçısıyam. Əgər dostumun oğlunun doğum günüdürsə, əmisi ona necə bir şeir həsr etməsin. Bəzən sifarişlə yazdığım şeirlər mənə maddi, bəzən mənəvi dividendlər gətirib. Bu mənada sifarişlə şeir yazmaqda pis heç nə görmürəm".
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook