"Hicab idmanla məşğul olmağıma maneçilik törətmir" - Anastasiya İbrahimli
May 17
17:14
2017
"Bu cür yarış təşkil etdiyinə görə, ölkəmizə minnətdaram. Qalib gəldiyim üçün çox sevinirəm".
"Report" xəbər verir ki, bunu "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycan ağırlıqqaldıranı Anastasiya İbrahimli deyib. 69 kq çəki dərəcəsində çıxış edən İbrahimli Oyunlara hicabla qatılmasına da münasibət bildirib: "Bu, mənim dinimdir. Uzun illər əvvəl İslama gəldim. İdmançı olsa da, olmasa da, qadın özünü örtməlidir. Bu, mənim həyat tərzimdir və idmanla məşğul olmağıma maneçilik törətmir”.
Qeyd edək ki, Anastasiya İbrahimli İslamiadada iki hərəkətin cəmində 219 kq (birdən 100, təkanla 119 kq) nəticə ilə qızıl medala sahib çıxıb.