SON XƏBƏR

Hicabdan imtina edən iranlı şahmatçı Bakıya gəlir

Avqust 01
03:26 2023
2022-ci ilin dekabrında FIDE-nin Rapid və Blits üzrə Dünya Çempionatında hicabsız yarışması ilə diqqət çəkən və bununla da İranda qəbul olunmuş qadınların geyim tərzi qaydalarını pozan yerli şahmatçı, beynəlxalq qrossmeyster Sara Xadem idman vətəndaşlığını dəyişib.

Məlumata görə, o, artıq İspaniyanı təmsil edir.

26 yaşlı Sara Qazaxıstanda keçirilən turnirdə hicab geyinmədiyinə görə ölkəsinə qayıtmaqdan imtina edib. Yarış başa çatdıqdan dərhal sonra o, ailəsi ilə birlikdə İspaniyaya yollanıb.

Bildirilir ki, Xadem 2023-cü il iyulun 29-dan avqustun 22-dək Bakıda keçiriləcək Şahmat üzrə Dünya Kubokunda İspaniya təmsilçisi kimi debüt edəcək.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook