SON XƏBƏR

Hindistandan Rusiyaya iqtisadi zərbə: “Kalaşnikov” avtomatlarının istehsalı təklifi rədd edildi

Sentyabr 05
13:37 2018
Hindistan Rusiyanın "AK-103" avtomatlarının istehsalı üzrə birgə müəssisənin yaradılması təklifini qəbul etməyib.

"Kalaşnikov" Hindistanın özəl "Adani Group" şirkəti ilə bu istehsalı planlaşdırırdı. Qeyd olunur ki, təklifin reallaşması hələ ki gündəmdə deyil.

Xatırladaq ki, belə təklif Hindistanın müdafiə naziri Nirmala Sitaramanın apreldə Moskvaya səfəri zamanı səsləndirilib.

Hindistan ordusu müasir avtomat silahlara ehtiyac olduğunu dəfələrlə səsləndirib.
 
(Trend.az)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook