Hitlerin xanımının çılpaq fotoları tapıldı - Fotolar
Dekabr 01
08:22
2016
Nasist Almaniyasınınr lideri, fürer Adolf Hitlerin əvvəl məşuqəsi, sonra da xanımı olmuş Yeva Braunun çılpaq fotoları aşkarlanıb.
Unikal fotolar avstriyalı kolleksionerdədir.
Yeva Braunun yay aylarında, Adolf Hitlerin villasında, göl kənarında çəkilmiş bu fotolarının ciddi araşdırılmaya və identifikasiyaya ehtiyacı var.
İlk fotonun arxasında yazılıb: "Volfqanq gölünün sahilindəki çimərlikdə, 1943-cü il".
Digər fotonun arxasında isə belə yazı var: "Qara gölün sahilində əla gün".
Fotoların sahibi, kolleksioner Bernard Ştrausun dediyinə görə, "Qara göl" dedikdə Bavariyadakı Koenigsee gölü nəzərdə tutulur.
Adolf Hitlerin həmin gölün sahilində, Berhtesqadendə yay malikanəsi vardı.
B.Ştraus deyib ki, fotoları Avstriyanın Zalsburq şəhərində yaşayan Stefan Kreuzmayr adlı antikvardan satın alıb.
Kreuzmayr isə söyləyib: "9 il əvvəl dükanıma bir qadın gəldi. Onda Yeva Braunun fotoları ilə dolu bir qutu vardı. Qadının dediyinə görə, fotoları evinin çardağında tapmışdı. Həmin fotolar məndədir".
Məşur hərbi tarixçi Quido Frayher fon Zobel Qibelşdadt Darmşdadt da fotolarda məhz Yeva Braunun olduğuna şübhə etmir.
1943-cü ilin avqustunda Yeva Braun fürerin Berhtesqadendəki villasında yaşayırdı.
Adolf Hitler isə həmin dönəmdə Şərqi Prussiyada, Rastenburq şəhərinin yaxınlığıdakı meşədə yerləşən "Volğfsşantse" ("Canavar zağası") adlı qərarghında idi.(milli.az)