Hökumət gələn aydan manatı sərbəst buraxmağa hazırlaşır
Dekabr 13
01:12
2016
Azərbaycanın maliyyə bazarı Strateji Yol Xəritəsində nəzərdə tutulan bu addma hazırdırmı?
"Biz bu ilin əvvəlindən artıq üzən məzənnə rejimində çalışırıq. "Bunu təsdiq edən fakt odur ki, artıq Mərkəzi Bank fevral ayından bazarda öz valyutasını satmır". Bunu jurnaısitlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin (AMB) sədri Elman Rüstəmov deyib. AMB sədrinin sözlərinə görə, bu gün bazarda tələb təklifi üstələyir: "Buna görə, tam üzən məzənnəyə keçid ciddi hazırlıq tələb edir. Biz bu plana uyğun olaraq işləyirik. Bizim əsas məqsədimiz makroiqtisadi sabitliyə nail olmaqdır".
Qeyd edək ki, tam üzən məzənnə rejiminə keçid həyata keçirilməsi Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsində qeyd edilib. Sənəddə qeyd edilir ki, bu, ilk növbədə yaxın və ortamüddətli dövrdə məzənnə siyasətinin əsas strateji hədəfi kimi idxalın əvəzlənməsi siyasətinin dəstəklənməsi prioritet seçilə bilər.
Samir Əliyev: "Üzən məzənnəyə keçdikdən sonra Mərkəzi Bank bazara 1 milyarddan çox dollar satıb”
İqtisadçı ekspert Samir Əliyev bildirir ki, strateji yol xəritəsinində tam üzən məzənnə rejiminin tətbiqinə keçid hədəflənib. Sənəddə qeyd edilir ki, istehlak səbətində idxal məhsullarının payının azaldılmasına nail olma səviyyəsinə uyğun şəkildə məzənnə üçün faktiki tətbiq edilən dəhlizin genişləndiriləcək, ortamüddətli dövrdə isə tamamilə ləğv ediləcək. Eyni zamanda bazarda hedcinq və məzənnə risklərindən sığortalanmağa imkan verən maliyyə alətləri tətbiqi nəzərdə tutulur.
"Azərbaycanda tam üzən məzənnəyə keçid mümkün deyil”
Ekspert bildirir ki, indi əsas sual budur: tam üzən məzənnəyə keçid mümkündürmü və bu halda manatın dollar qarşısında məzənnəsi necə olacaq?
"Əvvəllər olduğu kimi bir daha fikrimdə qalıram ki yaxın dövrdə Azərbaycanda tam üzən məzənnəyə keçid mümkün deyil. Azərbaycan iqtisadiyyatının mövcud durumu ölkəni neftdən kənar dollarla təmin edəcək durumda deyil. Ölkəyə əsasən 3 mənbədən valyuta gəlir. Neft Fondu, Mərkəzi Bank və SOCAR. Neft Fondu valyuta bazarına ayda 300-400 milyon dollar (bəzi hallarda daha çox) töhfə verir. SOCAR nəinki əldə etdiyi dolları bazara yönəltmir, hətta bazardan dollar alışı (istiqraz və xarici borc öhdəlikləri) həyata keçirir. Mərkəzi Bank isə valyuta ehtiyatları kəskin azaldıqdan sonra (hazırda 2008-ci il səviyyəsindədir) bazarda "oyunçu” funksiyasını hərrac təşkilatçısı funksiyası ilə dəyişib. Digər mənbələr valyuta bazarına təsir etmək iqtidarında deyil. Ölkədə dollar əmanətlərinin ucuz olması bankları xaricdən resurs cəlb etməyə maraqlı etmir. Deməli, ölkənin valyuta bazarı hazırda ancaq Neft Fondundan asılıdır. Hesablamalarımıza görə, aylıq valyuta kəsirimiz təxminən 300-400 milyon dollar aralığında dəyişir. Həmin kəsiri örtmək üçün ya devalvasiya gedilməlidir, ya Neft Fondu satışı artırmalıdır, ya da ixracı artırmalıyıq (idxalı azaltmalıyıq). Bu ona bənzəyir ki, ürəyi qanla təmin edən damarların yalnız biri tam işləyir, biri natamam işləyir, digərləri isə tam tutulub”.
"Üzən məzənnə həm də manatın məzənnəsinin qeyri-sabit olması deməkdir”
S.Əliyevin sözlərinə görə, Azərbaycan kimi Rusiya və Qazaxıstan da üzən məzənnəyə keçib. "Azərbaycanla müqayisədə digər iki ölkənin iqtisadiyyatında diversifikasiya səviyyəsi yaxşıdır. Bizdə qeyri-neftin ixracda payı 5-10% arasında dəyişdiyi halda Qazaxıstanda 30%, Rusiyada isə 40-50% arasında dəyişir. Rusiya Mərkəzi Bankı üzən məzənnəyə 2014-cü ilin noyabrında keçib və son intervensiyanı həmin ilin dekabrında edib. Qazaxıstanda 2015-ci ilin avqustunda keçilib və intervensiyanı hələ də dövri olaraq davam etdirir. Yəni iqtisadiyyatın neftdən asılılıq səviyyəsi yüksək olduqca məzənnənin də sərbəst buraxılması məsələsi çətinlşir. Ona görə də Azərbaycanda ölkəni dollarla təmin edəcək kanallar qurulmayınca və ya gücü artırılmayınca tam üzən məzənnəyə keçid mümkün olmayacaq. Bunun üçün də fundamental addımlar atılmalıdır. Struktur islahatlarından tutmuş dövlətin iqtisadiyyatda rolunun azaldılması, mülkiyyət hüququnun qorunmasından tutmuş məhkəmələrin müstəqilliyinin təmin edilməsi kimi məsələlər həllini tapmalıdır.
Bu gün hiss olunur hökumətin əsas fikri daxili istehsalın artımı hesabına idxalı məhdudlaşdırmaqdır. Bu, əlbəttə kapital axının azaldılması və daxili bazarında xaricdən asılılığının azaldıması baxımından yaxşı fikirdir. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycan kimi kiçik bazarlara malik ölkələrdə idxalı əvəzləmə siyasəti müəyyən həddə qədər səmərə verir. Ona görə də bizim yolumuz daha çox ixracı gücləndirmək olmalıdır. Bunun üçün keyfiyyət və qiymət amili nəzərdə qaçırılmamalıdır.
Tam üzən məzənnəyə keçid zamanı manatın məzənnəsinin nə qədər olması ilə bağlı suala isə ekspert belə cavab verir: "Bu sahədə səsləndirilən istənilən rəqəm əsaslandırılması mümkün olmamaqla yanaşı reallıqdan uzaqdır. Tam üzən məzənnəyə keçən zaman manatın hansı həddə qədər ucuzlaşacağını demək çox çətindir. Bu, hansısa futbol oyununda qapılara nə qədər top vurulacağı ilə bağlı yox, nə qədər aut və künc zərbəsi olacağı ilə bağlı verilmiş proqnoza bənzəyir. Çünki burda təkcə tədiyyə balansının mövcud durumu rol oynamır. Əhalinin psixoloji vəziyyəti, iqtisadiyyatın dollarlaşma səviyyəsi, hökumətin davranışı, kapital axınının səviyyəsi də təsir edir. Bircə məsələ aydındır ki, tam üzən məzənnəyə keçid növbəti kəskin devalvasiya olmaqla yanaşı manatı ucuzlaşdıracaq. Bu ucuzlaşmanın hansı həddə qədər olacağını isə zaman göstərəcək”.
Ramin Rəhimov: «Bu o deməkdir ki, manatın məzənnəsi valyuta hərracının nəticəsindən birbaşa aslı olacaq»
Ekspert Ramin Rəhimov fins.az-a bildirib ki, indiyə qədər Mərkəzi Bank müəyyən hallarda bazara dollar çıxarırdı, hərraclarda iştirak edirdi. Bundan əlavə, bəzi hallarda hərracın nəticəsindən aslı olmayaraq məzənnəyə müdaxilə edirdi.
Tam "üzən məzənnə”yə keçid nəticəsində artıq bu proses dayanacaq. Onun sözlərinə görə, AMB-nin ehtiyatları 4 milyard dollara qədər azaldığından psixoloji həddi keçməmək üçün valyuta hərraclarına dollar çıxarmağı dayandıracaq.
Eyni zamanda, bankların dollar satışına qoyulan +-4% spred aradan qaldırılacaq. Banklar AMB-nin məzənnəsinə uyğun olaraq valyutadəyişmə əməliyyatlarını həyata keçirəcəklər. Ekspert hesab edir ki, tam "üzən məzənnə”yə keçidin ilkin mərhələsində ola bilsin ki, bankların 4%-lik marja ilə dollar satışı davam etsin. Bu da yarana biləcək manipulyasiyanın qarşısını almaq məqsədinə xidmət edir.
R.Rəhimovun sözlərinə görə, OPEC ölkələrinin hasilatı azaltmaq qərarı hazırda neftin qiymətinin 54-55 dollara qədər yüksəlməsinə səbəb olub. Neftin qiyməti bu həddən aşağı düşməzsə, dolların bahalaşma sürəti azalacaq. Həmçinin, bu həftə ərzində FED-in növbəti yığıncağında uçot dərəcəsinin artırılması məsələsi müzakirə olunacaq. FED bu dəfə uçot dərəcəsini artırmazsa, neftin hazırki qiyməti ilə dolların məzənnəsi 1,85 manat səviyyəsində qala bilər.

Hökumətin üzən məzənnəyə keçmək istəyi başa düşüləndir və gələcəkdə maliyyə sabitliyinin əsas qarantlarında biri ola bilər. Baxmayaraq Mərkəzi Bank dekabrın 21-dən sonra üzən məzənnəyə keçidi elan edib, proseslər göstərdi ki, baş bankımız yumşaq desək buna nail ola bilməyib. Çünki dolların manata qarşı məzənnəsini tələb və təklifin səviyyəsi yox, Neft Fondu və Mərkəzi Bankın valyuta ehtiyatları, eyni zamanda ikincini inzibati müdaxilələri müəyyənləşdirir. Belə olmasaydı Mərkəzi Bankın valyuta ehtiyatları üzən məzənnəyə keçiddən sonra 5 milyardan 4 milyarda qədər azalmazdı. Üzən məzənnəyə keçdikdən sonra Mərkəzi Bank bazara 1 milyarddan çox dollar satıb. Sonuncu dəfə sentyabrda 100 milyon dollar satıb. Neft Fondunun 2016-cı ildə satışı isə 4,6 milyard dollardan çox olub”.
"Azərbaycanda tam üzən məzənnəyə keçid mümkün deyil”
Ekspert bildirir ki, indi əsas sual budur: tam üzən məzənnəyə keçid mümkündürmü və bu halda manatın dollar qarşısında məzənnəsi necə olacaq?
"Əvvəllər olduğu kimi bir daha fikrimdə qalıram ki yaxın dövrdə Azərbaycanda tam üzən məzənnəyə keçid mümkün deyil. Azərbaycan iqtisadiyyatının mövcud durumu ölkəni neftdən kənar dollarla təmin edəcək durumda deyil. Ölkəyə əsasən 3 mənbədən valyuta gəlir. Neft Fondu, Mərkəzi Bank və SOCAR. Neft Fondu valyuta bazarına ayda 300-400 milyon dollar (bəzi hallarda daha çox) töhfə verir. SOCAR nəinki əldə etdiyi dolları bazara yönəltmir, hətta bazardan dollar alışı (istiqraz və xarici borc öhdəlikləri) həyata keçirir. Mərkəzi Bank isə valyuta ehtiyatları kəskin azaldıqdan sonra (hazırda 2008-ci il səviyyəsindədir) bazarda "oyunçu” funksiyasını hərrac təşkilatçısı funksiyası ilə dəyişib. Digər mənbələr valyuta bazarına təsir etmək iqtidarında deyil. Ölkədə dollar əmanətlərinin ucuz olması bankları xaricdən resurs cəlb etməyə maraqlı etmir. Deməli, ölkənin valyuta bazarı hazırda ancaq Neft Fondundan asılıdır. Hesablamalarımıza görə, aylıq valyuta kəsirimiz təxminən 300-400 milyon dollar aralığında dəyişir. Həmin kəsiri örtmək üçün ya devalvasiya gedilməlidir, ya Neft Fondu satışı artırmalıdır, ya da ixracı artırmalıyıq (idxalı azaltmalıyıq). Bu ona bənzəyir ki, ürəyi qanla təmin edən damarların yalnız biri tam işləyir, biri natamam işləyir, digərləri isə tam tutulub”.
"Üzən məzənnə həm də manatın məzənnəsinin qeyri-sabit olması deməkdir”
S.Əliyevin sözlərinə görə, Azərbaycan kimi Rusiya və Qazaxıstan da üzən məzənnəyə keçib. "Azərbaycanla müqayisədə digər iki ölkənin iqtisadiyyatında diversifikasiya səviyyəsi yaxşıdır. Bizdə qeyri-neftin ixracda payı 5-10% arasında dəyişdiyi halda Qazaxıstanda 30%, Rusiyada isə 40-50% arasında dəyişir. Rusiya Mərkəzi Bankı üzən məzənnəyə 2014-cü ilin noyabrında keçib və son intervensiyanı həmin ilin dekabrında edib. Qazaxıstanda 2015-ci ilin avqustunda keçilib və intervensiyanı hələ də dövri olaraq davam etdirir. Yəni iqtisadiyyatın neftdən asılılıq səviyyəsi yüksək olduqca məzənnənin də sərbəst buraxılması məsələsi çətinlşir. Ona görə də Azərbaycanda ölkəni dollarla təmin edəcək kanallar qurulmayınca və ya gücü artırılmayınca tam üzən məzənnəyə keçid mümkün olmayacaq. Bunun üçün də fundamental addımlar atılmalıdır. Struktur islahatlarından tutmuş dövlətin iqtisadiyyatda rolunun azaldılması, mülkiyyət hüququnun qorunmasından tutmuş məhkəmələrin müstəqilliyinin təmin edilməsi kimi məsələlər həllini tapmalıdır.
Bu gün hiss olunur hökumətin əsas fikri daxili istehsalın artımı hesabına idxalı məhdudlaşdırmaqdır. Bu, əlbəttə kapital axının azaldılması və daxili bazarında xaricdən asılılığının azaldıması baxımından yaxşı fikirdir. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycan kimi kiçik bazarlara malik ölkələrdə idxalı əvəzləmə siyasəti müəyyən həddə qədər səmərə verir. Ona görə də bizim yolumuz daha çox ixracı gücləndirmək olmalıdır. Bunun üçün keyfiyyət və qiymət amili nəzərdə qaçırılmamalıdır.
Tam üzən məzənnəyə keçidin narahatçılığı təkcə manatın ucuzlaşması ilə bağlı deyil. Üzən məzənnə həm də manatın məzənnəsinin qeyri-sabit olması deməkdir. Ölkə iqtisadiyyatının diversifiksiya səviyyəsi nə qədər aşağı olsa manatın məzənnəsinin oynaması bir o qədər kəskin olacaq. Bu isə biznes üçün təhlükə, əhali üçün sosial gərginlik yarada bilər”.
Tam üzən məzənnəyə keçid zamanı manatın məzənnəsinin nə qədər olması ilə bağlı suala isə ekspert belə cavab verir: "Bu sahədə səsləndirilən istənilən rəqəm əsaslandırılması mümkün olmamaqla yanaşı reallıqdan uzaqdır. Tam üzən məzənnəyə keçən zaman manatın hansı həddə qədər ucuzlaşacağını demək çox çətindir. Bu, hansısa futbol oyununda qapılara nə qədər top vurulacağı ilə bağlı yox, nə qədər aut və künc zərbəsi olacağı ilə bağlı verilmiş proqnoza bənzəyir. Çünki burda təkcə tədiyyə balansının mövcud durumu rol oynamır. Əhalinin psixoloji vəziyyəti, iqtisadiyyatın dollarlaşma səviyyəsi, hökumətin davranışı, kapital axınının səviyyəsi də təsir edir. Bircə məsələ aydındır ki, tam üzən məzənnəyə keçid növbəti kəskin devalvasiya olmaqla yanaşı manatı ucuzlaşdıracaq. Bu ucuzlaşmanın hansı həddə qədər olacağını isə zaman göstərəcək”.
Ramin Rəhimov: «Bu o deməkdir ki, manatın məzənnəsi valyuta hərracının nəticəsindən birbaşa aslı olacaq»
Ekspert Ramin Rəhimov fins.az-a bildirib ki, indiyə qədər Mərkəzi Bank müəyyən hallarda bazara dollar çıxarırdı, hərraclarda iştirak edirdi. Bundan əlavə, bəzi hallarda hərracın nəticəsindən aslı olmayaraq məzənnəyə müdaxilə edirdi.
Tam "üzən məzənnə”yə keçid nəticəsində artıq bu proses dayanacaq. Onun sözlərinə görə, AMB-nin ehtiyatları 4 milyard dollara qədər azaldığından psixoloji həddi keçməmək üçün valyuta hərraclarına dollar çıxarmağı dayandıracaq.
Eyni zamanda, bankların dollar satışına qoyulan +-4% spred aradan qaldırılacaq. Banklar AMB-nin məzənnəsinə uyğun olaraq valyutadəyişmə əməliyyatlarını həyata keçirəcəklər. Ekspert hesab edir ki, tam "üzən məzənnə”yə keçidin ilkin mərhələsində ola bilsin ki, bankların 4%-lik marja ilə dollar satışı davam etsin. Bu da yarana biləcək manipulyasiyanın qarşısını almaq məqsədinə xidmət edir.
Ümumilikdə bütün bu sadalananlar isə o deməkdir ki, manatın məzənnəsi valyuta hərracının nəticəsindən birbaşa aslı olacaq. Yəni, valyuta hərracının sonunda müəyyən olunan kurs qüvvədə olacaq və Mərkəzi Bank məhz həmin kursa hər hansı dəyişiklik etməyəcək. O bildirib ki, AMB hərraca dollar çıxarılışını dayandırsa da, Neft Fondu bazara dollar çıxarmaqda davam edəcək.
Manatın məzənnəsinə gəlincə, ekspert hazırda dolların real qiymətinin 2 manatdan yüksək olduğunu açıqlayıb. Onun sözlərinə görə, tam "üzən məzənnə” dövründə manatın taleyi əsasən neftin qiymətindən asılı olacaq.