SON XƏBƏR

“Hökumət xarici kredit axtarışındadır”

Noyabr 08
11:24 2016
Natiq Cəfərli: "Azərbaycan üzərinə götürdüyü iri layihələri yerinə yetirə bilmir”

Azərbaycan üzərinə götürdüyü iri layihələri yerinə yetirməkdə çətinlik çəkəcək. Ekspert Natiq Cəfərli ölkənin qoşulduğu və davam etməkdə olan iri layihələrə pul tapmadığını düşünür. Ekspert musavat.com-a açıqlamasında bildirib ki, elə bu səbəbdən hökumət xarici kredit axtarışındadır. 

"TANAP, TAP, ”Şahdəniz" kimi layihələrə pul icmal büdcədən ayrılır. Neft Fondundan birbaşa ayırmalar nəzərdə tutulur. Hələ işlərin heç yarısı belə görülməyib. Xeyli vəsaitin Azərbaycan tərəfindən ödənilməsi lazımdır. 2018-2019-cu illərdə bu vəsait ödənilməlidir. 2020-ci ildə bu proje həyata keçirilməli və fəaliyyətə başlamalıdır. Ona qədər Azərbaycan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Bu öhdəliklər "Şahdəniz 2" layihəsində 20 faiz, TANAP-da 57 faiz, TAP-da isə faizdir. Toplamda 17-18 milyard dollara qədər Azərbaycanın üzərinə öhdəlik düşür. Bu öhdəliklər də yaxın iki il ərzində yerinə yetirilməlidir”. 

Ekspertin sözlərinə görə, bu öhdəliklər Neft Fondu hesabına, yaxud beynəlxalq təşkilatlardan alınacaq kreditlər hesabına ödəniləcək: "Bunun dövlət büdcəsinə birbaşa aidiyyəti yoxdur, icmal büdcədə qeyd olunur. Həmçinin dövlət büdcəsində də bəzi iri layihələrin maliyyələşməsi dayanıb. Bu, dövlət nəzarətində olan, dövlət sifarişi ilə aparılan təmir-tikinti işləri ilə əlaqədardır. Gələn il də azalma nəzərdə tutulur. Təmir-tikinti sifarişlərində və işlərində 38 faiz azalma olacaq. Bu layihələrə vəsait azaldıqca, işsizliyin artması və iqtisadi aktivliyin azalması da müşahidə olunur. Uzun illər büdcədən asılı bir model idi, indi büdcənin xərcləmələri azaldıqca, ölkədə iqtisadi aktivlik də zəifləyir”. 

N.Cəfərli qeyd edib ki, gələn il bu çətinlik daha da artacaq. Neftin qiymətinin enməsi əsas səbəbdir. Hökumətin apardığı kredit danışıqlarının əsas səbəbi budur. Öhdəliklərin yerinə yetirilməsi üçün kredit axtarır.
 
(Musavat.com)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook