SON XƏBƏR

Hollandiyada “intihar üçün kapsul” ixtira olunub

Aprel 17
12:36 2018
Hollandiyanın Amsterdam şəhərində keçirilən dəfn sənayesi sərgisində ilk "intihar üçün kapsul” təqdim olunub

Virtualaz.org "South China Morning Post” nəşrinə istinadən xəbər verir ki, "Sarco” adlı qurğu futuristik dizayna məxsusdur və sanki kosmosa uçmaq üçün yaradılıb. Onun ixtiraçıları hollandiyalı dizayner Aleksandr Bannink və evtanaziyanın leqallaşdırılması uğrunda mübarizə aparan avstraliyalı fəal Filip Niçkedir.

Bu kapsul həyatdan ağrısız köçmək məqsədilə yaradılıb. "O, yaxud onlar yüngül başgicəllənmə hiss edəcəklər, sonra isə huşlarını itirib vəfat edəcəklər”, - Niçke sakitcə ixtirasının iş mexanizmini başa salır.

Sərgi iştirakçılarına virtual reallıq eynəkləri ilə "kapsul”u sınaqdan keçirmək imkanı da yaradılıb. Mənbə bildirir ki, qurğudan real istifadə mümkün deyil, çünki o, hələlik layihə mərhələsindədir və ilin sonunda hazır olmalıdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook