SON XƏBƏR

Hulusi Akar Rusiyanın açıqlamasını təkzib etdi

Fevral 28
15:25 2020
"Bölgədəki silahlı birləşmələrimizin yerlərini rus səlahiyyətlilərə deməyimizə baxmayaraq, hücum gerçəkləşdirildi".

Qaynarinfo xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar Suriyada 33 hərbçinin şəhid olması ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib. O, həmçinin bildirib ki, Türkiyə qüvvələrinin olduğu yerdə müxalif qüvvələr olmayıb.

"İlk atışdan sonra xəbərdarlıq edilməsinə baxmayaraq, hücum davam etdirilib. Hava hücumu zamanı təcili yardım maşınları belə vurulub", - deyə Akar bildirib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi hücumun Ən-Nusra cəbhəsinin birliklərinə edildiyini açıqlayıb. Bildirilib ki, əməliyyat Türkiyə ordusundan orada olmamaları barədə məlumat alındıqdıqdan sonra icra edilib və Rusiya hücumda iştirak etməyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook