Hüquqi şəxslər “Muğanbank”dakı vəsaitlərinin çox hissəsini geri çəkdi - NƏ BAŞ VERİR?
İyul 27
15:24
2022
Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları 2022-ci ilin birinci yarısına dair maliyyə göstəricilərini açıqlayıb. Cari dövrdə ölkə iqtisadiyyatında yüksək inkişafa, əhalinin və biznes sektorunun yüksək gəlir əldə etməsinə baxmayaraq bəzi banklar durğunluq vəziyyətindən çıxa bilməyiblər. Qlobal.az Sfera.az-a istinadla bildirir ki, həmin banklardan biri "Muğanbank” ASC-dir.
"Muğanbank”ın açıqladığı məlumatlardan görünür ki, ilk 6 ayda bank kiçilib. 2021-ci ilin sonunda aktivlərini 708,5 milyon manata qədər artıran bank, bu ilin ilk 6 ayında 698 milyon manat aktivə sahib olub.
Aktivlərin kiçilməsi banklar və digər maliyyə institutlarındakı depozitlərlərin azalması ilə bağlıdır. Ötən il başqa banklarda 142 milyon manat depoziti olan "Muğanbank” hazırda 77,4 milyon manat depozitə sahibdir.
"Muğanbank”ın digər banklardan vəsaitlərini çəkməsinin səbəbi maliyyə çətinliyi ilə üzləşməsidir. Belə ki, hüquqi şəxslər bankda olan vəsaitlərin çox hissəsini götürdüyündən "Muğanbank” çətin vəziyyətə düşüb. Hüquqi şəxslərin 6 ay əvvəl bankda 116 milyon manat depoziti olub. Bu il ərzində həmin depozitlər 54,8 milyon manata qədər azalıb. Depozitlərin azalması bankı çətin vəziyyətə salıb və buna görə də "Muğanbank” digər banklarda olan vəsaitinin bir hissəsini geri çəkib."
Muğanbank” hüquqi şəxsləri hansı səbəbdən vəsaitlərinin çox hissəsini götürdüyünü açıqlamır.
Maliyyə sıxıntısı yaşayan bank bu vəziyyətdə fiziki şəxslərdən daha çox depozit cəlb etməyə çalışır. Bununla əlaqədar olaraq bankda depozit faizləri artırılıb. Faizlərin artırılması hesabına bankda fiziki şəxslərə aid olan depozitlər 24 milyon manat yüksələrək 305 milyon manata çatıb.
Mövcud vəziyyətdə "Muğanbank”ın gəlirləri də azalıb. Bank 6 ayda 506 min manat xalis mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 10 faiz azdır.